31 mart seçkilərində 594 min personal çalışacaq - Yerlikaya

31 mart seçkilərində 594 min personal çalışacaq - Yerlikaya

Bakı. TurkicWorld:

31 Martda Türkiyədə keçiriləcək Yerli İdarəetmə Orqanlarına seçkilərdə ümumilikdə 594 min personal çalışacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

"Mühafizə Baş İdarəsindən 324 min, Jandarma Baş Komandanlığından 197 min, Sahil Mühafizəsi Komandanlığından 2 min 850, 53 min mühafizəçi və 17 min könüllü mühafizəçi olmaqla cəmi 594 min personal seçkilərdə çalışacaq. Bundan əlavə, hüquq-mühafizə bölmələrimizin helikopterlərini, təyyarələrini, PUA-larını xidmətə hazır vəziyyətdə saxlayırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilərlə bağlı yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan edilib.

Martın 21-də qadağalar başlayıb. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01