Türkiyə Böyük Britaniya ilə ticari əməkdaşlığı genişləndirir

Türkiyə Böyük Britaniya ilə ticari əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolat Böyük Britaniyanın ticarət naziri Kemi Badenoch ilə Londonda ikitərəfli görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə nazir Bolat öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Böyük Britaniya 19 milyard dollarlıq ticarət həcmi ilə ölkəmiz üçün strateji ticarət tərəfdaşıdır. Bundan əlavə, Böyük Britaniya Türkiyənin dördüncü ən əhəmiyyətli ixrac tərəfdaşıdır və 8,3 milyard dollarlıq birbaşa investisiya ilə Türkiyəyə ən çox investisiya yatıran beşinci ölkədir. Biz bu məhsuldar görüşü iki ölkə arasında mövcud iqtisadi və ticarət əlaqələrini daha da dərinləşdirəcək mühüm addım kimi qiymətləndiririk", - deyə o vurğulayıb.

X: Lamanasadli01