Çin ilə qarşılıqlı ticarəti artırmaq niyyətindəyik – Bolat

Çin ilə qarşılıqlı ticarəti artırmaq niyyətindəyik – Bolat

Bakı,TurkicWorld

Çin ilə qarşılıqlı ticarəti artırmaq niyyətindəyik.

TurkicWorld xəbər verir ki,Türkiyənin Ticarət naziri Ömər Bolat X sosial media hesabında Çinin Anhui Əyalət Kommunist Partiyasının katibi Han Jun və onu müşayiət edən iş adamları ilə görüşü ilə bağlı paylaşım edib.

“Çin şirkətlərinin Türkiyəyə daha çox sərmayə qoyması, xarici ticarətimizə daha sağlam struktur təmin edilməsi, kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması və turizm sahəsində əməkdaşlığımızın inkişafı da daxil olmaqla, ikitərəfli gündəm maddələrini və əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi apardıq”,-deyə nazir vurğulayıb.