Türkiyədə axtarışda olan 2 mindən çox fərari saxlanılıb

Türkiyədə axtarışda olan 2 mindən çox fərari saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 81 vilayətində axtarışda olan şəxslərə qarşı dörd gündür davam edən "ÇEMBER-14" əməliyyatlarında olan 2 min 614 fərari tutulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

"0-5 il axtarışda olan 2 min 586 nəfər, 5-10 il axtarışda olan 19 nəfər, 10 il və daha çox axtarışda olan 9 nəfər "ÇEMBER-14" əməliyyatları nəticəsində saxlanılıb. Digər cinayətlərə görə 2 min 614 nəfər, o cümlədən oğurluğa görə 476, dələduzluğa görə 229, adam öldürmə 34, narkotik cinayətlərinə görə 449, terrorizmə görə 41 cinayətkar tutulub", - deyə o əlavə edib.

X: Lamanasadli01