Türkiyədə 20-ə yaxın FETÖ terrorçusu saxlanılıb

Türkiyədə 20-ə yaxın FETÖ terrorçusu saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyədə İzmir mərkəz olmaqla yeddi vilayətdə FETÖ terror təşkilatına qarşı antiterror əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat çərçivəsində FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 23 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən reydlər zamanı 18 şübhəli şəxs saxlanılıb. Digər beş nəfərin axtarışları davam edir.

X: Lamanasadli01