ABŞ və Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülh üçün birgə çalışacaqlar

ABŞ və Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülh üçün birgə çalışacaqlar

Bakı. TurkicWorld:

ABŞ və Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyə öhdələrinə götürürlər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci toplantısı münasibətilə verilən açıqlamada deyilib.

Qeyd edilib ki, dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə 7-8 mart 2024-cü il tarixlərində Vaşinqtonda ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci iclası keçirilib.

"Martın 7-də ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmilərinin rəhbərlik etdiyi açıq, birgə strateji müzakirələr, ardınca isə martın 8-də katib Blinken ilə nazir Fidan arasında görüş baş tutub.

Cənubi Qafqaz məsələsində Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifahı təşviq edəcəyinə dair razılığa gəliblər", - deyə açıqlamada qeyd olunub.