Türkiyədə 91 FETÖ terrorçusu saxlanılıb

Türkiyədə 91 FETÖ terrorçusu saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 30 vilayətində FETÖ terror təşkilatına qarşı "Kıskaç-10" antiterror əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, keçirilən "Kıskaç-10" əməliyyatlarında FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 91 nəfər saxlanılıb.

Şübhəlilərin sözdə hərbi sirr strukturu, polis sirri strukturu və təşkilatın mövcud strukturu daxilində fəaliyyət göstərdiyi müəyyən edilib.

X: Lamanasadli01