Türkiyədə daha bir cinayətkar qrup məhv edilib

Türkiyədə daha bir cinayətkar qrup məhv edilib

Bakı. TurkicWorld:

Türkiyənin Yalova vilayətində keçirilən MAHZEN-6 əməliyyatı nəticəsində daha bir mütəşəkkil cinayətkar qrupu məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində 15 nəfər saxlanılıb.

Bundan əlavə, lisenziyasız tapançalar, ov tüfəngləri, külli miqdarda narkotik vasitə və çoxlu patron ələ keçirilib.

X: Lamanasadli01