Türkiyə XİN ABŞ-a rəsmi səfər edəcək

Türkiyə XİN ABŞ-a rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 7-8-də Vaşinqtonda keçiriləcək xarici işlər nazirləri səviyyəsində Türkiyə-ABŞ Strateji Mexanizm iclasında iştirak edəcək.

TurkicWorld xəbər verir ki, iclasa Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken sədrlik edəcək.

Məlumata əsasən, diplomatik görüşlərdə Türkiyə ilə ABŞ arasında iqtisadi və strateji məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden 2021-ci ilin payızında keçirdikləri görüşlərdə strateji mexanizm hazırlayıb.

X: Lamanasadli01