İsrail casusları Türkiyə MİT tərəfindən saxlanılıb

İsrail casusları Türkiyə MİT tərəfindən saxlanılıb

Bakı, TurkicWorld:

Əldə etdikləri məlumatları İsrail kəşfiyyat xidməti MOSSAD-a satan yeddi nəfər Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb.

TurkicWorld xəbər verir ki, MİT apardığı araşdırmalar çərçivəsində xüsusi detektiv Hamza Turhan Ayberkin pul qarşılığında MOSSAD-a məlumat sızdırdığını müəyyən edib.

Ayberkin aldığı təlimat əsasında Türkiyədəki Yaxın Şərq fərdləri və şirkətləri haqqında məlumatları topladığı müəyyən edilib.

Keçmiş dövlət məmuru və özəl detektiv olan Ayberkin MOSSAD-a məlumat vermək üçün dövlət məmurları da daxil olmaqla şəxslərdən ibarət bir qrup yaratdığı öyrənilib.

X: Lamanasadli01