Türkiyədə 1 tondan çox narkotik maddə ələ keçirilib

Türkiyədə 1 tondan çox narkotik maddə ələ keçirilib

Bakı, TurkicWorld:

Türkiyənin 11 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə NARKOÇELİK-4 əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlayıb.

Məlumata əsasən, əməliyyatı nəticəsində 27 nəfər həbs edilib, 1 tondan çox narkotik maddə ələ keçirilib.

Əməliyyatlar İstanbul, Antalya, Diyarbəkir, Çankırı, Kütahya, Uşak, Manisa, Mersin, Tekirdağ, Bingöl və Kocaeli vilayətlərində keçirilib.

X: Lamanasadli01