Türkiyədə iki ayrı mütəşəkkil cinayətkarlıq təşkilatı məhv edilib

Türkiyədə iki ayrı mütəşəkkil cinayətkarlıq təşkilatı məhv edilib

Bakı. TurkicWorld:

Türkiyənin Osmaniye vilayətində eyni vaxtda keçirilən “MAHZEN-3” əməliyyatlarında Murat Özdemir və Cengiz Arslanın rəhbərlik etdiyi iki ayrı mütəşəkkil cinayətkarlıq təşkilatı məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Məlumata əsasən, keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən başçıları da daxil olmaqla 55 şübhəli saxlanılıb.

X: Lamanasadli01