İHA-230 Raketinin sınaq atışı uğurla tamamlanıb

İHA-230 Raketinin sınaq atışı uğurla tamamlanıb

Bakı. TurkicWorld:

Roketsan tərəfindən milli olaraq hazırlanmış Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi olan İHA-230 Raketinin sınaq atışı uğurla tamamlanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial media hesabında paylaşım edib.

Bayraktar AKINCI Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzindən havaya qalxaraq uzaq məsafədən atış testi aparmaq üçün Sinop şəhərinə yollanıb.

Bayraktar AKINCI tərəfindən Sinop Atış Bölgəsində atılan KKS/ANS idarəolunan İHA-230 raketi tam dəqiqliklə Qara dəniz üzərindəki uzaq məsafəli nöqtəni vurub.

Roketsan baş direktoru Murat İkincinin SavunmaSanayiST-ə verdiyi son açıqlamada,

“İHA-230-un sınaq atışları uğurla başa çatıb və o, hazırda kütləvi istehsaldadır. Hazırda bunların döyüş meydanında istifadə olunmasını gözləyirik. Xüsusilə 100-150 kilometr diapazonunda, səs sürətindən bir neçə dəfə yüksək sürətlə hava hücumundan müdafiə hədəflərini PUA-larımıza hamısını çox tez vurmaq imkanı verdik." – deyə Roketsan baş direktoru Murat İkinci deyib.

Məlumat üçün qeyd edək ki, Baykarın Səudiyyə Ərəbistanına AKINCI TİHA ixracatı çərçivəsində ilk dəfə İHA-230 da ixrac edilib.

Hafiz Rufizoğlu