Qahirədə Misir-Türkiyə Dostluq Xəstəxanası tikiləcək

Qahirədə Misir-Türkiyə Dostluq Xəstəxanası tikiləcək

Bakı. TurkicWorld:

Qahirədə Misir-Türkiyə Dostluq Xəstəxanasının tikintisini gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə Misirin səhiyyə naziri Xalid Əbdülqaffar bildirib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri bütün dünyaya, xüsusən də regiona Misir-Türkiyə münasibətlərinin yenidən güclənməsi ilə bağlı mesaj oldu. Bu inkişaf, uzun müddətdir davam edən güclü Misir-Türkiyə əlaqələrinin əvvəlki vəziyyətinə qayıtmağa başladığının bir göstəricisidir", - deyə o vurğulayıb.

Bundan əlavə, nazir Əbdülqaffar Misir prezidenti Əbdülfəttah əs-Sisinin aprel ayında Türkiyəyə səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə mühüm razılaşmaların imzalanacağını gözlədiklərini bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra 14 fevral tarixində Misirə rəsmi səfər edib.

X: Lamanasadli01