M60T tankında ilk atışı, Türkiyənin ilk qadın tank personalı həyata keçirib

M60T tankında ilk atışı, Türkiyənin ilk qadın tank personalı həyata keçirib

Bakı. TurkicWorld:

Aselsan-ın yerli yanğın idarəetmə sistemi ilə modernləşdirilən M60T tankında ilk atışı atıcı mütəxəssis mühəndis Büşra Doğru edib. Türkiyənin ilk qadın tank personalı Büşra hədəfləri tam dəqiqliklə vurub.

TurkicWorld-un məlumatına görə, tanklara əlavə imkanların əlavə edilməsi - M60T layihəsi ilə əsas döyüş tanklarının beyni olaraq təyin olunan Atəş İdarəetmə Sistemi lokallaşdırılıb və modernləşdirmə prosesi son mərhələyə daşınıb.

M60T tanklarındakı bütün elektron sistemlər güc qrupundan başqa xarici asılılığı aradan qaldıraraq, milli resurslarla təmin edilib. Quru Qoşunları Komandanlığının modernizasiya ehtiyaclarını qarşılamaq məqsədilə Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) təşəbbüsü ilə həyata keçirilən TİYK - M60T ilk tank təhvil mərasimində müdafiə sənayesi başçısı Prof. Dr. Haluk Görgün, Milli Müdafiə Nazirinin müavini Dr. Cəlal Sami Tüfekçi, Quru Qoşunları Komandanı general Səlcuq Bayraktaroğlu, ASELSAN baş direktoru Əhməd Akyol, Türkiyə Silahlı Qüvvələri və sektor nümayəndələrinin iştirakı ilə Şereflikoçhisarda keçirilib.

M60T tanklarındakı bütün elektron sistemlər yerli istehsalla hazırlanıb.

Təqdimat mərasimində atəşə nəzarət sistemi modernləşdirilmiş tankla da atış aparılıb. Layihə qrupundan mütəxəssis mühəndis Büşra Doğru ASELSAN VOLKAN-M Atəş İdarəetmə Sistemi ilə modernləşdirilmiş M60T tankında topçu kimi xidmət edib. Hədəflər tam dəqiqliklə vurulub.

Layihə çərçivəsində M60T tankına inteqrasiya olunmuş sistemlər aşağıdakılardır:

VOLKAN-M atəş idarəetmə sistemi

tankın komanda idarəetmə rabitə informasiya sistemi

əlavə zireh mühafizəsi

ekipaj oturacaqları.

Aytac Süleymanova

Twitter: a_alieva_