Türkiyənin Afrikaya qarşılıqlı maraqlar əsasında yanaşması davam edəcək - Ərdoğan

Türkiyənin Afrikaya qarşılıqlı maraqlar əsasında yanaşması davam edəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyənin Afrikaya qarşılıqlı maraqlar əsasında yanaşması davam edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın fəxri qonaq qismində iştirak etdiyi Dünya Hökuməti Zirvə toplantısındakı təmasları çərçivəsində Ruanda Prezidenti Paul Kaqame ilə görüşməsi ilə bağlı Rabitə İdarəsi açıqlama verib.

Açıqlamaya görə, görüşdə Türkiyə-Ruanda əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyənin Afrikaya yanaşmasının qarşılıqlı maraqlar əsasında davam edəcəyini və iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması üçün səylərin davam etdiriləcəyini bildirib.

Hafiz Rufizoğlu