Antalyada sel fəlakəti insan tələfatına səbəb olub

Antalyada sel fəlakəti insan tələfatına səbəb olub

Bakı. TurkicWorld:

Türkiyənin Antalya şəhərində güclü yağışlar nəticəsində yaranan sel fəlakəti bir nəfərin ölümünə səbəb olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər nazirinin müavini Münir Karaloğlu açıqlayıb.

Məlumata əsasən, əlverişsiz hava şəraiti səbəbilə Antalyanın Kəpəz, Muratpaşa və Konyaaltı rayonlarında tədris dayandırılıb.

Qeyd edək ki, Antalyada dünən gecə saatlarından yağan şiddətli leysan selə səbəb olub.

X: Lamanasadli01