Martda üçüncü Antalya Diplomatiya forumu keçiriləcək

Martda üçüncü Antalya Diplomatiya forumu keçiriləcək

Bakı. TurkicWorld:

1-3 mart tarixlərində üçüncü Antalya Diplomatiya forumu keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Dubayda keçirilən “Dünya Hökuməti Sammiti”ndə çıxışı zamanı deyib.

"Süni intellekt kimi təməlqoyma texnologiyaları, iş həyatından iqtisadiyyata, məlumat əldə etməkdən beynəlxalq siyasətə qədər hər sahəni dəyişdirir. Türkiyə olaraq rəqəmsallaşmanın gətirdiyi riskləri uğurla idarə edərkən onun təqdim etdiyi imkanlardan yararlanmağa çalışırıq. Addımlarımızı "Rəqəmsal Türkiyə" vizyonu əsasında atırıq. Texnoparkları genişləndirərək, universitet-sənaye əməkdaşlığını dəstəkləyərək, Ar-Ge araşdırmaları, elmi fəaliyyətlər və gənc sahibkarlar potensialını inkişaf etdirərək biz ölkəmizdə güclü innovasiya ekosistemi yaradacağıq. İnnovasiyaların memarı və daşıyıcısı olan TEKNOFEST gənclərini yetişdirmək üçün bütün resurslarımızı səfərbər etmişik. Yaratdığımız Türkiyə rəqəmsal dövlət strategiyası ilə dövlətin rəqəmsallaşması üçün əsas yol xəritəsini müəyyən etmiş olacağıq",- deyə o bildirib.

Ərdoğan qeyd edib ki, süni intellektin ümumi daxili məhsula töhfəsini beş faizə çatdırmağı hədəfləyirik. Biz də rəqəmsal transformasiya, texnologiya və innovasiya sahələrində Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla Körfəz ölkələrinin atdığı addımları izləyirik. Bu sahələrdə əməkdaşlığımızı və tərəfdaşlığımızı inkişaf etdirməkdə fayda görürük.

"Türkiyənin beynəlxalq sülhün nəzəriyyəsi və praktikasına töhfəsini gücləndirmək missiyası ilə həyata keçirilən 3-cü Antalya Diplomatiya Forumu, 1-3 mart tarixlərində keçiriləcək. Sizi Antalyada qəbul etməkdən böyük məmnunluq duyuram",- deyə Türkiyə prezidenti əlavə edib.

Ərdoğan, həmçinin 2026-cı ildə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Tərəflərinin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədlikləri ilə bağlı iştirakçılardan dəstək istəyib

Aytac Süleymanova

Twitter: a_alieva_