Türkiyənin müdafiə sənayesi beynəlxalq sektorda liderlik mövqeyindədir - Yaşar Gülər

Türkiyənin müdafiə sənayesi beynəlxalq sektorda liderlik mövqeyindədir - Yaşar Gülər

Bakı. TurkicWorld:

Türkiyənin müdafiə sənayesi ekosistemi güclü infrastrukturu və qabaqcıl texnologiyası ilə beynəlxalq sektora liderlik edən bir mövqeyə gəlib.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

"Hər cür maneələrə, gizli və açıq embarqolara baxmayaraq, ölkəmiz yüksək iradə və strateji baxışla bütün çətinliklərə sinə gərir. İndiyə qədər əldə etdiyimiz bütün bu uğurlar daha böyük hədəflərə doğru möhkəm addımlar atacağımızın ən bariz göstəricisidir. Bizim yerli və milli müdafiə sənayemiz bir çox ölkə ilə əlaqələrin inkişafına və əməkdaşlığın artmasına əhəmiyyətli töhfələr verir. Bundan başqa yerli və milli məhsullarımız bir çox qardaş və dost ölkələrə ixrac edilir və onların ehtiyaclarını qarşılayır. Bununla da ölkəmiz iqtisadiyyati baxımda ciddi gəlirlər əldə edir",- deyə nazir bildirib.

Gülər vurğulayıb ki, istehsal edilən müxtəlif diametrli və xüsusiyyətli sistemlər, ordunun ehtiyaclarını qarşılayacaq, əməliyyatlarını və imkanlarını artıracaq. Türk Silahlı Qüvvələrinin inventarına daxil olacaq silah sistemləri intensiv və hərtərəfli hərbi əməliyyatlar həyata keçirən Quru Qoşunlarımıza çox dəyərli töhfələr verəcək, xüsusilə terrorla mübarizədə, daxili və sərhəd xaricində fəaliyyətlərində onların gücünə güc qatacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_