Trendyol Super Liqası: "Hatayspor" "Fatih Karagümrük"ə qalib gəlib

Trendyol Super Liqası: "Hatayspor" "Fatih Karagümrük"ə qalib gəlib

Bakı. TurkicWorld:

Trendyol Super Liqasının 24-cü həftəsində "Hatayspor" öz meydanında Fatih Karagümrükü məğlub edib.

TurkicWorld-un məlumatına görə, bununla da "Hatayspor" ardıcıl ikinci qələbəsini qazanıb.

Mersin Stadionunda keçirilən qarşılaşmada "Hatayspor" 3-1 hesabı ilə qalib gəlib.

Liqanın növbəti həftəsində “Karagümrük” “Pendikspor”la qarşılaşacaq. "Hatayspor" səfərdə "Trabzonspor"a gedəcək.

Hafiz Rufizoğlu