İsrailin verilən qərarı həyata keçirməsini gözləyirik – Türkiyə XİN

İsrailin verilən qərarı həyata keçirməsini gözləyirik – Türkiyə XİN

Bakı. TurkicWorld:

İsrailin verilən qərarı həyata keçirməsini gözləyirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

"İsrailin Fələstin xalqına qarşı hücumları ilə bağlı Ədalət Məhkəməsinin elan etdiyi müvəqqəti qadağan qərarının İsrail tərəfindən dərhal və tam şəkildə yerinə yetirilməsini gözləyirik. Məhkəmənin elan etdiyi tədbirlərin Fələstində axan qanı dayandırmaq üçün çox əhəmiyyətli bir fürsət olduğunu düşünürük" – deyə açıqlamada qeyd edilib.

Bildirilib ki, Yaxın Şərqdə daimi sülh və təhlükəsizliyə yalnız İsrail-Fələstin məsələsinin beynəlxalq hüquq normaları və müəyyən edilmiş parametrlər əsasında ədalətli həlli ilə nail olmaq olar.

Qeyd olunub ki, Türkiyə bu yolda əlindən gələn hər cür töhfə və səyi göstərməyə iradəsindədir.

Hafiz Rufizoğlu