Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi onun öz suveren qərarıdır - Peskov

Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi onun öz suveren qərarıdır - Peskov

Bakı. TurkicWorld:

Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi onun öz suveren qərarıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

"Türkiyə Şimali Atlantika Alyansının üzvüdür. Bu, açıq bir həqiqətdir. Ankaranın bu ittifaqla bağlı öz öhdəlikləri, öz danışıqlar prosesləri var. Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi onun öz suveren qərarıdır",- deyə Peskov bildirib.

Xatırladaq ki, 23 yanvar tarixində İsveçin NATO-ya üzvlüyü TBMM-də təsdiqlənib.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə 2023-cü il noyabrın 16-da TBMM-nin Xarici Əlaqələr Komissiyasının gündəliyinə çıxarılıb.

Qoşulma Protokolu, 2023-cü ilin dekabrın 26-da Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_