TuranSez TDT üzvlərinin iqtisadi inkişafına töhfə verəcək - Bolat

TuranSez TDT üzvlərinin iqtisadi inkişafına töhfə verəcək - Bolat

Bakı. TurkicWorld:

Türk İnvestisiya Fondu və Turan Xüsusi İqtisadi Zonası kimi layihələr türk dövlətləri arasında ticarət həcmini artıraraq iqtisadi inkişafa töhfə verəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Türk Dövlətləri Rəqabət Şurasının ilk iclasında çıxışı zamanı deyib.

"TDT-yə üzv ölkələrin bir-birini tamamlayan resurs və istehsal gücləri ənənəvi ticarət yolları üzərindəki coğrafi yeri ilə birlikdə nəzərə alındıqda, təşkilatın regional rolu daha yaxşı başa düşüləcək. İnanırıq ki, bu gün İstanbulda TDT-yə üzv ölkələrin imzaları, Türkiyə Rəqabət Qurumunun ev sahibliyi ilə qurulan TDT Rəqabət Şurasının fəaliyyəti türk dünyasının rəqabət hüququ və siyasətində yeni bir dövrün başlamasına gətirib çıxaracaq. TDT-Rəqabət Şurası 173 milyon gənc əhalisi, 15 trilyon dollarlıq ÜDM-i və zəngin təbii sərvətləri ilə türk dövlətləri arasında ticari və iqtisadi əməkdaşlığı daha da irəli aparacaq", - deyə o vurğulayıb.

X: Lamanasadli01