İstanbulda Türkiyə, Rumıniya və Bolqarıstanın Müdafiə nazirlikləri arasında "Mina təhlükəsizliyinə dair" əməkdaşlıq memorandumu imzalanacaq

İstanbulda Türkiyə, Rumıniya və Bolqarıstanın Müdafiə nazirlikləri arasında "Mina təhlükəsizliyinə dair" əməkdaşlıq memorandumu imzalanacaq

Bakı. TurkicWorld:

11 yanvar tarixində İstanbulda Türkiyə, Rumıniya və Bolqarıstanın Müdafiə nazirlikləri arasında Qara Dənizdə "Mina təhlükəsizliyinə dair" əməkdaşlıq memorandumu imzalanacaq.

TurkicWorld xəbər verir ki, Türkiyənin ev sahibliyi ilə keçiriləcək imzalanma mərasimi milli müdafiə naziri Yaşar Gülər, Rumıniyanın müdafiə naziri Angel Tilvar və Bolqarıstan müdafiə nazirinin müavini Atanas Zapryanovun iştirakı ilə baş tutacaq.

Məlumata əsasən, razılaşmanın təfərrüatlarına hər ölkədən bir Mina Əleyhinə Gəmi və komanda-nəzarət gəmisi ilə əməliyyatların aparılması və 15 günlük müddətdə 6 ayda ən azı iki dəfə həyata keçiriləcək əməliyyatlar kimi tədbirlər yer alır. Bu əməkdaşlıq Qara dənizdə naviqasiya təhlükəsizliyinə mühüm töhfələr vermək məqsədi daşıyır.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyası Ukrayna münaqişəsinin beynəlxalq gəmiçiliyə təsiri ilə bağlı uzunmüddətli qətnamə qəbul edib. Qətnamə beynəlxalq naviqasiyanın maneəsiz axınının bərpasına kömək etmək, Ukrayna xüsusi dəniz dəhlizindən və Ukrayna liman infrastrukturundan istifadə edən gəmilərin təhlükəsizliyinin təmin edilməsində və monitorinqində Ukraynaya dəstək olmaq üçün IMO-nun rəhbərlik etdiyi texniki yardım missiyasının yaradılmasını nəzərdə tutur.

X: Lamanasadli01