AK Partinin İstanbul namizədinin bəlli olacağı tarix açıqlanıb

AK Partinin İstanbul namizədinin bəlli olacağı tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf partiyasının (AK Parti) İstanbul namizədi, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.

TurkicWorld-un məlumatına görə, sabah keçiriləcək namizədlərin irəli sürülməsi iclasında, 12 böyük şəhər və 16 vilayətin bələdiyyə sədrliyinə namizədlərin də açıqlanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkilərinin təqviminin başlama tarixi 1 yanvar 2024-cü il bazar ertəsi olacaq.

Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşəcək.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.

Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər.

Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_