Moskva və Ankara yeni ildə ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcək - Putin

Moskva və Ankara yeni ildə ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcək - Putin

Bakı. TurkicWorld:

Yeni ildə Moskva və Ankara Avrasiya qitəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə müxtəlif sahələrdə səmərəli əməkdaşlığı və ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi yeni il təbriki məktubunda bildirib.

"Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün son vaxtlar bir çox işlər görülüb. Hər iki ölkə birgə səylərlə böyük enerji və infrastruktur layihələri həyata keçirib", - deyə o vurğulayıb.

Putin onu da bildirib ki, regional münaqişələrin həllinə Rusiya və Türkiyə mühüm töhfələr verib.

X: Lamanasadli01