Yaşar Güler terrorçulara qarşı keçirilən əməliyyatlarla bağlı Hakkariyə səfər edib

Yaşar Güler terrorçulara qarşı keçirilən əməliyyatlarla bağlı Hakkariyə səfər edib

Bakı. TurkicWorld:

Türkiyə milli müdafiə Naziri Yaşar Gülər ​​“Pençe-Kilit” hərəkatı bölgəsindəki son vəziyyətlə bağlı məlumat almaq üçün Hakkariyə gedib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Səfər zamanı Güleri Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı Admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları Komandanı General Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu müşaiyət edib.

“Nazir Yaşar Gülər ​​Yüksekova Səlahəddin Əyyubi Hava Limanına eniş edərək helikopterlə Hakkaridəki Dağ və Komando Briqada Komandanlığına gedib. Pençe-Kilit Əməliyyatı bölgəsindəki son vəziyyətlə bağlı məlumat alan nazir ​​əməliyyatlarla bağlı göstərişlər verib" – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Hafiz Rufizoğlu