Türkiyə ordusu bir həftə ərzində 60-ya yaxın terrorçunu zərərsizləşdirib - Yaşar Gülər

Türkiyə ordusu bir həftə ərzində 60-ya yaxın terrorçunu zərərsizləşdirib - Yaşar Gülər

Bakı. TurkicWorld:

Türkiyə ordusu tərəfindən həftəsonundan bu yana zərərsizləşdirilən terrorçuların sayı 56-ya yüksəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər məlumat verib.

"Terrorla mübarizəmiz həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir. Dekabrın 23-də hava əməliyyatları ilə ən azı 26 terrorçu zərərsizləşdirilib. Dünən Pəncə-Kilit bölgəsində baş verən hücumlardan sonra zərərsizləşdirilən terrorçuların sayı isə 30-a çatıb",- deyə nazir bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_