TSK Suriyaya zirehli texnika göndərib

TSK Suriyaya zirehli texnika göndərib

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib bölgəsinə zirehli texnika göndərilib.

TurkicWorld-un məlumatına görə, Türkiyənin müxtəlif şəhərlərindən yola düşən çoxlu sayda zirehli texnika Qaziantepdən keçib.

Təhlükəsizlik tədbirləri ilə davam edən hərbi konvoyun Hataydakı Cilvegözü Sərhəd Qapısından keçərək Suriyanın İdlib bölgəsindəki baza bölgələrinə təyin ediləcəyi bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_