BMT kağız üzərində mövcud olan bir təşkilata çevrilib - Kurtulmuş

BMT kağız üzərində mövcud olan bir təşkilata çevrilib - Kurtulmuş

Bakı, TurkicWorld:

İnsan Hüquqları Bəyannaməsi ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatı da yalnız kağız üzərində mövcud olan bir təşkilata çevrilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

"BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs əleyhinə səs verənlər bundan sonra törədilən cinayətlərə görə birbaşa məsuliyyət daşıyırlar”, - deyə o vurğulayıb.

TBMM sədri onu da qeyd edib ki, Türkiyənin Qəzzada sülh təminatçılığı ilə yeni dövr başlamalıdır.

Qeyd edək ki, 30 noyabr tarixində ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnamə layihəsinə veto qoyub. Sənəd BƏƏ tərəfindən hazırlanıb və 24 saat ərzində BMT-nin 97 ölkəsi bunu dəstəklədiyini bildirib. BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı 13 ölkə lehinə səs verib, Böyük Britaniya bitərəf qalıb, ABŞ veto hüququndan istifadə edib.

X: Lamanasadli01