Petrol Ofisi Qrupu BP-nin Türkiyədəki yanacaq əməliyyatlarını alır

Petrol Ofisi Qrupu BP-nin Türkiyədəki yanacaq əməliyyatlarını alır

Bakı. TurkicWorld:

Petrol Ofisi Qrupu BP-nin Türkiyədəki yanacaq əməliyyatlarını almaq üçün pay alqı-satqı müqaviləsi imzaladığını açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Petrol Ofisi Qrupunun baş direktoru Mehmet Abbasoğlu məlumat verib.

“Türkiyə enerji sektorunun milli qüruru olan Petrol Ofisi Qrupunu daha da gücləndirəcək bu addımı atmaqdan son dərəcə xoşbəxtik. Gənc, dinamik əhalisi və böyümə potensialı ilə Türkiyənin gələcəyinə tam inamımız var”,- deyə o bildirib.

Açıqlamada o da qeyd olunub ki, Rəqabət Qurumunun təsdiqinə tabe olan satışın 2024-cü ildə tamamlanması gözlənilir.

Aytac Süleymanova

Twitter: a_alieva_