İsrail təbii qazı Avropaya Türkiyə vasitəsilə daşınmalıdır - Türkiyə Prezidenti

İsrail təbii qazı Avropaya Türkiyə vasitəsilə daşınmalıdır - Türkiyə Prezidenti

Bakı. TurkicWorld:

İsrail təbii qazı Avropaya Türkiyə vasitəsilə daşınmalıdır .

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq edirik. Yeni əməkdaşlıq sahələrinin olması da qaçılmazdır. Xüsusilə, Avropa Rusiya-Ukrayna müharibəsindən sonra dayanıqlı enerji mənbələri axtarışındadır. Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiyə vasitəsilə Avropaya çatdırmaqdır. Digər tərəfdən, qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki araşdırmaların aparılması üçün müvafiq göstərişlər verilib. Ən qısa zamanda həm Türkiyədə, həm də İsraildə keçirəcəyimiz görüşlərdə marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 21 sentyabr tarixində Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına səfəri zamanı İsrailin Baş naziri ilə görüşüb.