Türkiyə bizim üçün dəyərli müttəfiqdir - ABŞ Dövlət Departamenti

Türkiyə bizim üçün dəyərli müttəfiqdir - ABŞ Dövlət Departamenti

Bakı. TurkicWorld:

Türkiyə bizim üçün dəyərli müttəfiqdir.

TurkicWorld-un məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Türkiyə ilə konstruktiv və yaxın münasibətlərimiz var. Türkiyə bizim üçün dəyərli müttəfiqdir",- deyə o bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17-21 sentyabr tarixlərində keçiriləcək BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək. O, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək.

Ərdoğanın İslamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl dəhlizi kimi mövzularda mühüm mesajlar verməsi gözlənilir.

Aytac Süleymanova

Twitter: a_alieva_