Dünya Bankı Türkiyəyə dəstəyini 35 milyard dollara çatdıra bilər

Dünya Bankı Türkiyəyə dəstəyini 35 milyard dollara çatdıra bilər

Bakı. TurkicWorld:

Dünya Bankı Türkiyəyə dəstəyini 17 milyard dollardan 35 milyard dollara çatdıra bilər.

TurkicWorld xəbər verir ki, Dünya Bankı növbəti üç il ərzində Türkiyədə layihələr üçün 18 milyard ABŞ dolları məbləğində maliyyə dəstəyi ödəyə bilər.

Məlumata əsasən, sözügedən maliyyələşdirməyə hökumətə birbaşa kreditlər, eləcə də özəl sektora dəstək daxildir.

Qeyd edək ki, maliyyə dəstəyi ilə bağlı rəsmi açıqlama verilməyib.