Antalyada yol qəzası baş verib – ölən və yaralananlar var

Antalyada yol qəzası baş verib – ölən və yaralananlar var

Bakı. TurkicWorld:

Antalyada yol qəzası baş verib – ölən və yaralananlar var.

TurkicWorld-un məlumatına görə, Antalyanın Alanya rayonunda safari maşını ilə avtomobilin toqquşması nəticəsində iki turist ölüb, 17 nəfər yaralanıb.

Qəza yerinə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.

Qəzada safari vasitəsində olan iki turist həyatını itirib. Hər iki avtomobildə olan 17 nəfər yaralanıb.

Məlumat üçün qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hafiz Rufizoğlu