Küveyt Türkiyə ilə "Bayraktar" PUA-sının alınması üçün müqavilə imzalayıb

Küveyt Türkiyə ilə "Bayraktar" PUA-sının alınması üçün müqavilə imzalayıb

Bakı. TurkicWorld:

Küveyt Türkiyə ilə 18 ədəd "Bayraktar" zərbə pilotsuz təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz bildirib.

Bu il iyunun 13-də Küveyt Müdafiə Nazirliyi Türkiyə ilə Bayraktar TB2 PUA-larının tədarükü ilə bağlı 367 milyon dollar məbləğində müqavilə imzaladığını açıqlasa da, nazirlik Küveytin sifariş etdiyi PUA-ların dəqiq sayını açıqlamayıb.

Hafiz Rufizoğlu