Dünya Bankı Türkiyədə zəlzələ bölgələrinə 1 milyard dollar maliyyə yardımı edəcək

Dünya Bankı Türkiyədə zəlzələ bölgələrinə 1 milyard dollar maliyyə yardımı edəcək

Bakı. TurkicWorld:

Dünya Bankı Türkiyədə zəlzələ bölgələrinə 1 milyard dollar dəyərində maliyyə yardımı edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə və Xəzinə Nazirliyi məlumat verib.

Məlumata əsasən, kreditin 296,5 milyon dolları Ekologiya və Şəhərsalma Nazirliyi, 252,2 milyon dolları Səhiyyə Nazirliyi, 388,3 milyon dolları isə İLBANK layihələrində istifadə olunacaq.

"Dünya Bankının Türkiyədə zəlzələdən zərərçəkmiş ərazilərin yenidən qurulmasına verdiyi dəstək son dərəcə əhəmiyyətlidir. Həm beynəlxalq dairələr, həm də öz resurslarımız tərəfindən verilən imkanlar daxil olmaqla, bu ərazilərin bərpası üçün çalışacağıq", - deyə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Ləman Əsədli

Twitter: Lamanasadli01