İsrail Türkiyə vasitəsilə Avropaya qaz nəql edəcək

İsrail Türkiyə vasitəsilə Avropaya qaz nəql edəcək

Bakı. TurkicWorld:

İsrail Leviathan təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

Məlumata əsasən, Benyamin Netanyahu hökumətinin müxtəlif nazirliklərindən ibarət peşəkar işçi qrupuna İsrailin hazırkı qaz ixracı üçün alternativlər üzərində işləməyə başlamağı tapşırıb.

Nəzərdə tutulan variantlardan biri də İsrailin ən böyük dəniz qaz yatağı olan Leviathandan Türkiyəyə qədər dənizaltı boru kəmərinin uzadılmasıdır.

Bundan əlavə, alternativin əsas məqsədi Rusiyadan asılılığı azaltmaq, İsrail, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi qonşu regionlarda zəngin təbii qaz ehtiyatları ilə boru kəmərini birləşdirməkdir.

Qeyd edək ki, Netanyahunun yaxın zamanlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

Ləman Əsədli

Twitter: lamanasadli01