Türkiyə dünyanın ən böyük qızıl bazarlarından biridir - Dünya Bankı

Türkiyə dünyanın ən böyük qızıl bazarlarından biridir - Dünya Bankı

Bakı. TurkicWorld:

Türkiyə dünyanın 5-ci ən böyük qızıl bazarıdır.

TurkicWorld-un məlumatına görə, Türkiyə 2020-ci ildən bəri dünya üzrə külçə qızıl və sikkə alışının demək olar ki, onda birini həyata keçirib. Dünya Bankı bu ilin ikinci rübündə Türkiyənin qlobal qızıl axınına əhəmiyyətli təsir göstərdiyini bildirib.

"Qlobal qızıl bazarı ilə bağlı hesabatlar, qızıl tələbi, təklif tendensiyaları göstərib ki, 2020-ci ildən etibarən Türkiyədə külçə və sikkələrə tələbat, 2010-2020-ci illərə nəzərən iki dəfə artırıb. Türkiyədə külçə və sikkələrə tələbat, dünya qızıl bazarını formalaşdırıb", - deyə Dünya Qızıl Şurasının apardığı təhlildə qeyd olunub.

Təhlildə verilən məlumata görə, 2020-ci ilin əvvəlindən Türkiyədə külçə və sikkələrə tələbat, qlobal cəmin orta hesabla 9 faizini təşkil edib. Bu ilin ikinci rübündə isə bu tendensiya çox güclü olub. Külçə və sikkə tələbi beş dəfə artaraq birinci yarımillik tələbi 98 tona çatdırıb.

Türkiyənin qızıl idxalı yanvar-iyul aylarında illik 217 faiz kəskin artımla 69,8 tondan 221,2 tona yüksəlib. İdxalın pul ölçüsü 19,4 milyard dollar təşkil edib. Türkiyədə ilin birinci yarısında daxili bazardan 19,7 ton zərgərlik məmulatı, 98,1 ton sikkə və külçə qızıl alınıb.

Aytac Süleymanova

Twitter: a_alieva_