Antalyaya hava yolu ilə gələn turistlərin sayı 9 milyonu ötüb

Antalyaya hava yolu ilə gələn turistlərin sayı 9 milyonu ötüb

Bakı. TurkicWorld:

Bu il Antalyaya hava yolu ilə gələn turistlərin sayı 9 milyon 56 min 921 olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Antalya Mədəniyyət və Turizm Müdirliyi bildirib.

2023-cü il yanvarın 1-dən avqustun 10-dək Antalyaya hava yolu ilə gələn turistlərin sayı 9 milyon 56 min 921 olub.

Məlumat üçün qeyd edək ki, göstəricilər 2019-cu ildəki rekord həddi geridə qoyub.

Antalyada 2023-cü ilin turizm göstəriciləri 1-10 avqust 2022-ci illə müqayisədə 21 faiz artıb.

Hafiz Rufizoğlu