Baykarla Ukrayna arasında PUA texniki xidmət və təmir mərkəzinin tikintisinə dair saziş imzalanıb

Baykarla Ukrayna arasında PUA texniki xidmət və təmir mərkəzinin tikintisinə dair saziş imzalanıb

Bakı. TurkicWorld:

Türkiyənin Baykar texnologiya şirkəti ilə Ukrayna Müdafiə Nazirliyi arasında Pilotsuz Uçuş Aparatlarının texniki xidmət və təmir mərkəzinin tikintisinə dair saziş imzalanıb.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi saytından bildirilib.

Qeyd edək ki, Bayraktar TB2 və AKINCI PUA-arın istehsal ediləcəyi fabrikin tikinti işlərinin 2019-cu ildə Kiyevdə qeydiyyatdan keçmiş Avia Ventures MMC davam etdirib və bu şirkət Baykarın Ukraynadakı şirkətidir.

Layihə 2022-ci ilin fevralında Ukrayna və Türkiyə hökumətləri arasında aerokosmik sənayedə əməkdaşlıq üçün çərçivə sazişinin imzalanması ilə təşviq edilib.

Obyektlərin tikintisi üçün nəzərdə tutulan ümumi investisiyanın həcmi 95,5 milyon dollardır.

Ləman Əsədli
Twitter: lamanasadli01