İstanbul Hava Limanında saxta pasportlu FETÖ terrorçusu saxlanılıb

İstanbul Hava Limanında saxta pasportlu FETÖ  terrorçusu saxlanılıb

Bakı. TurkicWorld:

İstanbul Hava Limanında keçirilən əməliyyat nəticəsində ABŞ-da ad və soyadını Allen B olaraq dəyişdirən FETÖ terror təşkilatının üzvü Abdullah U. saxlanılıb.

TurkicWorld xəbər verir ki, Abdullah U 6 iyun 2014-cü ildə aldığı "Green Card" sayəsində ABŞ-ın Pensilvaniya ştatına gedib və təşkilatçılıq fəaliyyətini orada davam etdirib.

Məlumata əsasən, o, FETÖ terror təşkilatının əmri ilə fəaliyyətini Türkiyədə davam etdirmək istəsə də hava limanında saxlanılıb.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Ləman Əsədli
Lamanasadli01