Ərdoğan BƏƏ-yə səfər edəcək - Mehmet Şimşek

Ərdoğan BƏƏ-yə səfər edəcək - Mehmet Şimşek

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek deyib.

O qeyd edib ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşlərdə yeni iqtisadi əməkdaşlıq imkanları qiymətləndirilib.

Sözügedən səfərin 11-12 iyulda keçiriləcək NATO Liderlər Zirvə toplantısından sonra həyata keçirilməsi planlaşdırılıb.