Suriyalıların könüllü qayıtmasını təmin etmək üçün ölkə daxilində lazımi şəraitin yaradılması vacibdir - Türkiyə XİN

Suriyalıların könüllü qayıtmasını təmin etmək üçün ölkə daxilində lazımi şəraitin yaradılması vacibdir - Türkiyə XİN

Bakı. TurkicWorld:

Suriyalıların könüllü qayıtmasını təmin etmək üçün ölkə daxilində lazımi şəraitin yaradılması vacibdir.

TurkicWorld-un məlumatına görə, bunu Astanada keçirilən üçtərəfli görüş zamanı Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar bildirib.

Keçirilən toplantıda terrorizmlə mübarizə, regional və siyasi proseslərlə yanaşı, humanitar yardımlar müzakirə edilib.

Məlumat üçün bildirək ki, tərəflər iclasda Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə güclü sadiqliklərini və Suriya probleminin sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolunu xüsüsilə vurğulayıblar.

Görüşdə Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün məsləhətləşmələrdə yol xəritəsinin hazırlanması ilə bağlı irəliləyişlər müzakirə olunub və Suriyanın şimal-şərqində qeyri-qanuni özünüidarəetmə cəhdlərinə və terrorçu birləşmələrə (PKK/YPG) dəstək verən ölkələrin hərəkətləri qınanıb.

Xatırladaq ki, iyunun 10-da Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Türkiyə-Suriya münasibətlərini normallaşdırılması və bir sıra digər məsələlər müzakirə olunub.