Antalyada meşə yanğını başlayıb

Antalyada meşə yanğını başlayıb

Bakı. TurkicWorld:

Antalyada meşə yanğını başlayıb.

TurkicWorld-un məlumatına görə, Antalyada konteynerdə başlayan yanğın, yaxınlıqdakı meşəyə də yayılıb.

Alovların geniş əraziyə yayılması nəticəsində, bölgəyə çoxlu sayda yanğınsöndürənlər və söndürmə işlərinə dəstək olmaq üçün helikopter cəlb olunub. Hal-hazırda yanğınla mübarizə işləri davam edir.