Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Məlumata əsasən, R.T.Ərdoğan Kahov bəndində baş verən partlayışı araşdırmaq üçün BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə beynəlxalq komissiyanın yaradıla biləcəyini bildirib.

Bundan əlavə, tərəflər Rusiya-Ukrayna müharibəsində baş verən hadisələri müzakirə edib.

Qeyd edək ki, Ukrayna rus qoşunlarını Rusiyanın nəzarəti altında olan Ukraynanın cənubundakı böyük bir bənd və su elektrik stansiyasını partlatmaqda günahlandırıb.

Hadisə ilə bağlı Ukrayna dövlət Su Elektrik şirkətinin məlumatına görə, Kaxov Barajı tamamilə dağıdılıb və bərpa edilə bilməz.