THY aviaşirkəti dünyanın ən güclü hava markaları arasındadır

THY aviaşirkəti dünyanın ən güclü hava markaları arasındadır

Bakı, TurkicWorld:

Türk Hava Yolları (THY) aviaşirkəti dünyanın beynəlxalq marka qiymətləndirmə agentliyi olan Brand Finance tərəfindən keçirilən 2023-cü ilin "Qlobal miqyasda ən güclü hava yolu markaları" sorğusunda 78,1 xalla səkkizinci yerə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Prof. Dr. Ahmet Bolat bildirib.

Qeyd edək ki, Türkiyə 2022-ci ildə bu kateqoriyada 31-ci yerdə qərarlaşıb.

Ləman Əsədli
Lamanasadli01