Türk əsgərlərinin Suriyadan çəkilməsi terrorun bu ərazilərdə yenidən yayılması deməkdir - Çavuşoğlu

Türk əsgərlərinin Suriyadan çəkilməsi terrorun bu ərazilərdə yenidən yayılması deməkdir - Çavuşoğlu

Bakı, TurkicWorld:

Türkiyənin terrorla mübarizəsi nəticəsində Suriyanın ərazi bütövlüyü təmin edilib, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

M.Çavuşoğlu onu da qeyd edib ki, türk əsgərlərinin Suriyadan çəkilməsi terrorun bu ərazilərdə yenidən yayılması deməkdir.

"Hazırda Suriya ərazisində ən böyük təhdid PKK terror təşkilatıdır. Bu da, Türkiyə ərazisinə yeni mühacirlərin köç etməsinə səbəb olur", - deyə Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

Twitter: lamanasadli01