Türkiyədə İranlı müğənni saxta pasportla qaçarkən tutulub

Türkiyədə İranlı müğənni saxta pasportla qaçarkən tutulub

Bakı TurkicWorld

Türkiyədə müvqqəti yaşamaq icazəsi olan İranlı müğənni Siamak Shabdel Borhan həyat yoldaşı ilə birlikdə İstanbul Hava Limanında Almaniyaya saxta pasportla qaçarkən tutulub.

TurkicWorld xəbər verir ki, onlar Tehran təyyarəsinə minərkən saxlanılıb.

Qeyd edək ki, İranlı müğənninin həm Berlin təyyarəsinə, həm də Tehran reysinə qeydiyyatdan keçidiyi aşkarlanıb. Mügənni həyat yoldaşı ilə qeyri-qanuni yollarla Almaniyaya getmək planı qurublar. Keçid məntəqəsinə İran pasportu ilə gələn cütlük Tehran təyyarə bileti ilə pasport nəzarətindən keçib.

Məlumata əsasən, İranlı müğənni Siam adı ilə məşhurlaşıb. Onun sosial şəbəkələrdə yayımlanan mahnıları 1 milyon dəfədən çox dinlənilir.

Mehriban Xəlilli

@MXalilbekova