Türk Hava Yolları prezident seçkilərinin ikinci turu üçün uçuşlara bəzi dəyişikliklər edib

Türk Hava Yolları prezident seçkilərinin ikinci turu üçün uçuşlara bəzi dəyişikliklər edib

Bakı, TurkicWorld:

Türkiyənin Türk Hava Yolları (THY) aviaşirkəti 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci turu üçün sərnişinlərinə rezervasiya tarixini dəyişmək, ləğv etmək və ya pulunu geri qaytarmaq hüququ verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə THY öz rəsmi sosial media hesabında bildirib.

“14 may-11 iyun 2023-cü il tarixinə qədər ölkədaxili və beynəlxalq gediş-gəlişi olanlar, 15-28 may 2023-cü il tarixində səfəri olan, lakin 28 may seçkilərində iştirak etmək üçün biletin tarixini uzatmaq istəyən Türkiyə vətəndaşı sərnişinlərinin bileti 11 iyun 2023-cü ilə (daxil olmaqla) qədər qeydiyyatdan keçmək, eyni marşrut bölgəsində olmaları şərti ilə ən geci 31 mart 2024-cü il tarixinə qədər yeni səyahət tarixləri olan reyslərdə edilən bron dəyişiklikləri pulsuz həyata keçiriləcək”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01